Dünən erməni Teleqram kanallarında Tural Gəncəliyevin köməkçisinin səs yazısı yayılıb.
KONKRET.az Tq kanallarına istinadla xəbər verir ki, dünən ermənilər Xankəndi şəhərinin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevin köməkçisi Samir Məmmədovla əlaqə qurublar. Telefon nömrəsi Twitter səhifəsində qeyd olunub.
Erməni tg-kanalı “Qartallar”ın administratorları Samir Məmmədova zəng edib, ona bir sıra suallar vermək qərarına gəliblər. Məmmədov onları maraqlandıran bütün sualları cavablandırıb. Samir Məmmədovun cavablarına görə məlum olub ki, tezliklə Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, Xocalıdan olan azərbaycanlılar öz evlərinə qayıdacaq və Qarabağdakı erməni sakinlərinin Azərbaycana inteqrasiyası başlayacaq.
Onlar bundan təşvişə düşərək dərhal reaksiya göstərib, ermənilərə “Azərbaycan təbliğatına uymamağı, sosial şəbəkələrdə ayıq olmağı” tövsiyə ediblər.
Qeyd edək ki, son günlər Xankəndi ermənilərinə Azərbaycandan və Türkiyədən olan zənglər barədə məlumat yayılıb. Onlara Xankəndidəki evlərini satmaq məsləhət görülüb. Bundan qorxuya düşən separatçılar Xankəndi deputatının köməkçisinə zəng vurmağa məcbur olublar.
Həmin səs yazısını təqdim edirik.
Xuraman Etibarlı
KONKRET.az
