Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək yeni avtomobil yolu salınır.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
Yolun inşasına baxmaq üçün bu gün bəzi “rəsmilər” Laçın rayonunun cənub hissəsini ziyarət ediblər.
“Yeni yol Hadrut şəhərini Laçının cənub hissəsindən keçməklə Ermənistan Respublikası ilə birləşdirəcək”. Mənbə bildirib.
Babək Göyüş
KONKRET.az