Erməniləri qorxuya salan İDDİA: İrəvanın düz mərkəzində yeni müharibə başlaya bilərmi? – AÇIQLAMAbackend

Erməniləri qorxuya salan İDDİA: İrəvanın düz mərkəzində yeni müharibə başlaya bilərmi? - AÇIQLAMA

 Erməni hərbi ekspert Karen Ovannisyanın yeni müharibə ehtimalı ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrin erməni seqmentində böyük səs-küy yaradıb. Erməni ekspertin xüsusilə, yeni müharibənin 44 günlük savaşdan miqyasına görə kəskin fərqlənəcəyini, eləcə də İrəvanın mərkəzinə qədər gələcəyini deməsi düşməni əməlli-başlı qorxuya salıb. Bəs görəsən, Ovannisyanın sələndirdiyi fikirlər nə dərəcədə real ola bilər? Ümumiyyətlə yeni müharibə ehtimalı varmı? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan hansısa formada Ermənistanla yeni müharibəyə başlamaq niyyətində deyil: “Ölkəmizin dünyada sərgilədiyi mövqe isə Ermənistanın sülhə razılaşmasına hesablanıb. Azərbaycan hətta 30 il ərzində torpaqlarımızın işğal altında olduğu bir dövrdə də, heç vaxt məsələnin müharibə yolu ilə həllinə əsas plan kimi yanaşmayıb. Bu gün də, Ermənistana sülh danışıqları üçün çağırış etdiyini bütün dünayaya göstərir. Lakin biz Ermənistan və onun havadarlarının Azərbaycan və Türkiyənin sülh çağırışlarına dırnaqarası yanaşdığını görürük. Buna görə də, Ermənistandakı siyasi qüvvələr yaxşı anlayır ki, İrəvanın tutduğu mövqe sülhə deyil, müharibəyə rəvac verir”.

Trollar özlərini iki formada göstərir” – Tural İsmayılov – Yeni Çağ Media

Politoloqun sözlərinə görə, Brüssel görüşündən öncə cəbhə xəttində baş verən proseslər Azərbayanın iki hərbi qulluqçusunun şəhid olması ilə nəticələndi: “Bu, Ovannisyanın müharibə ilə bağlı səsləndirdiyi ehtimalları gücləndirən əsas amildir. Ermənistandakı siyasi institutlar Nikol Paşinyanın atdığı addımlar səbəbindən yeni müharibənin başlayacağından bərk narahatdır. Onlar yaxşı bilirlər ki, müharibə İrəvanın düz mərkəzinə qədər gələ bilər. Bu səbəbdən də, yeni müharibə ehtimalından dəhşətli dərəcədə qorxurlar”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*