Ermənilərin Los-Ancelesdə böyük mitinqi keçiriləcək – Paşinyanın növbəti planıbackend

Ermənilərin Los-Ancelesdə böyük mitinqi keçiriləcək - Paşinyanın növbəti planı

Ermənistanın baş naziri Nikol Paşinyan özünün facebook profilində ABŞ-dakı erməni diasporuna video-müraciət edib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, baş nazir bildirib ki, gözlənilən görüş sentyabrın 22-də Los-Anceles vaxtı ilə 16:00-da baş tutacaq. “Hamınızı çıxış edəcəyim Los-Ancelesdəki Grand Parkına dəvət edirəm. Los-Ancelesdəki və qonşu şəhərlərdəki soydaşlarımızı dəvət edirəm. Ümid edirəm ki, bu yaxınlarda Stepanakertdəki görüşdə müzakirə etdiyimiz məsələni birlikdə müzakirə edəcəyik. Los-Ancelesdə çoxlarının haqlı olaraq Diasporun paytaxtı adlandırdığı şəhərdə güclü bir görüş təşkil edəcəyimizə ümid edirik. Səfərin təsirli olacağını düşünürəm”-deyə Nikol Paşinyan vurğulayıb.

Ermənistanın Baş naziri şiddətli olmayan məxməri inqilab zamanı Los-Ancelesin ən vacib dəstək mərkəzlərindən biri olduğunu da qeyd edib. Nikol Paşinyan soydaşlarının göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini unutmayıb: “Deməli, mənim üçün bu gözlənilən görüşdür. Los-Ancelesdəki və qonşu şəhərlərdəki soydaşlarımız, ümid edirəm, siz də bunu gözləyirsiniz. Ümid edirəm ki, bu görüşü qələbə əhval-ruhiyyəsində görüm. Birlikdə bir yaddaqalan tarixi bir hadisə yaradacağıq”.

 

Konkret.az

Bir cavab yazın