Ermənilərin muradı gözündə qaldı: “İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir”backend

Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"

Avropa İttifaqı rəsmiləri İrəvanın qarşıya qoyduğu vizasız gediş-gəliş hədəflərinə münasibətdə ehtiyatlı mövqe sərgiləyirlər.

KONKRET.az xəbər verir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib ki, Ermənistanla Aİ arasında vizasız rejimin 2029-cu ilə qədər tətbiq olunacağına dair səsləndirilən proqnozlar hələlik tezdir: “Düşünürəm ki, belə dəqiq tarixlər üçün hələ çox erkəndir”.

Xatırladaq ki, Ermənistan hökumətinin 2026–2031-ci illər üçün nəzərdə tutulmuş proqramında 2029-cu ilə qədər Aİ ilə tam vizasız rejimə nail olmaq məqsədi rəsmi şəkildə əksini tapıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*