Ermənilərin növbəti MƏĞLUBİYYƏTİ QAÇILMAZDIR – “Biz Şuşada yaşaya bilməzdik”backend

Ermənilərin növbəti MƏĞLUBİYYƏTİ QAÇILMAZDIR - "Biz Şuşada yaşaya bilməzdik"

Rusiyanın paytaxtı Moskvada 9 noyabr 2022-ci il tarixində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində, Azərbaycan Respublikasının pavilyonunda azərbaycanlı kinorejissor Arzu Əliyevanın çəkdiyi “Şuşa, sən azadsan!” filminin nümayişi Ermənistanda hələ də ciddi müzakirə olunur.

Buna səbəb isə Moskva ermənilərinin Şuşaya “dombalan sevgisi” olub. Rusiyadakı erməni diasporu Moskvanın müxtəlif strukturlarına məktubla müraciət edərək filmin bundan sonra Rusiya ərazisində nümayişinə qadağa qoyulmasını tələb ediblər. Növbəti erməni həyasızlığı, erməni haqsızlığı! Elə bu haqsızlıqdır ki, 44 günlük müharibədə Ermənistan Ordumuzun “dəmir yumruğ”u ilə darmadağın oldu. 30 ilə yaxındır ki, işğal altında olan Azərbaycan torpaqları Silahlı Qüvvələrimizin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində geri qaytarıldı. Hər zaman xalqın saflığını, səadətini, xalqın musiqi ruhunu təcəssüm etdirən, türk birliyinin mədəni komponentinin daşıyıcısı olan Şuşa şəhəri çirkin şər ruhlardan, faşist cahillərdən təmizləndi. Ancaq buna baxmayaraq, erməni faşizmi türkofobiyalarına, antiazərbaycançılığına görə zəbt etdikləri Mədəniyyət Məbədinin bütün böyüklüyünü belə hələ də dərk etmirlər.

Erməni kilsəsi onu anlamır ki, Azərbaycan xalqının böyük mədəniyyətinə qəzəb, nifrət, aşağılıq hissi, boğucu paxıllıq, mədəni irsimizin məhv edilməsi, onun memarlıq, ədəbi, musiqi, elmi abidələrinin mənimsənilməsi istiqamətində vəhşi hərəkətləri 44 günlük müharibədə, eləcə də istədikləri təqdirdə növbəti müharibələrdə məğlubiyyətlərinin əsas səbəbi olacaq.

İstər-istəməz Ermənistan baş naziri Paşinyanın həqiqəti tələsik ifadə edən sözləri yada düşür:

“Bu 30 ildə Şuşi (ermənilər Şuşa şəhərini belə adlandırırlar) haqqında bu qədər danışılıb. Orada neçə ev tikilib? Heç neçə. Bəs niyə tikilməyib? Pulu yox idi? Şəhəri xilas edəcəklərinə əmin deyildilər? Düşünürəm ki, cavab göz qabağındadır”.

“Şuşini satdıqlarını deyirlər… Şuşini kim satıb? Şuşi satılıbsa, son 30 ildə niyə bədbəxt, rəngsiz şəhərə çevrilmişdi. Bizə Şuşi lazım idi? Və əgər lazım idisə, niyə belə vəziyyətdə idi? -deyə, Ermənistan lideri sözünü davam etmişdi.

Bir dəfə erməni professoru da demişdi ki: “Bu şəhər biz erməniləri qəbul etmədi. O, yad olaraq qaldı. Ermənilər orada yaşaya bilməzdilər – çünki Şuşa özlərininki deyildi!”

Bu şəhər Azərbaycan xalqının bu möcüzəvi yaradıcılığına natəmiz ruhla gələn hər kəsi həmişə qovub. Azərbaycan silahlı qüvvələri işğalçıları sözün əsl mənasında məhv edib, qalanları isə bu müqəddəs torpaqdan sadəcə olaraq qovulub.

Şuşadan bəhs edən ecazkar filmin nümayişi ilə hay-küy salanlar bu baxımdan işğal etdikləri torpaqlarda insanlığa sığmayan hərəkətlərini unudublar. Onlar bütün dünyaya məlum olan Xocalını unudublar. Farsdan, Osmanlıdan gətirilmiş erməni yaramazları hələ də anlamaq istəmir və qəbul etmirlər ki, Qarabağ – Azərbaycandır. Şuşa isə Azərbaycan xalqının, türk birliyinin mədəniyyət paytaxtıdır.

Və bu əbədidir.

Təqdim etdi: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*