Ermənistan Azərbaycanla imzalanacaq sülh müqaviləsi ilə nələri İTİRƏCƏK? – Erməni Politoloqbackend

Ermənistan Azərbaycanla imzalanacaq sülh müqaviləsi ilə nələri İTİRƏCƏK? - Erməni Politoloq

Əslən erməni olan rusiyalı ekspert Sergey Melkonyan Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə ölkəsinin nələri itirəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Melkonyan bunun Ermənistan üçün nə demək olduğunu bəndlərlə izah edib:

1. İmzalanacaq sülh müqaviləsi ikinci kapitulyasiya deməkdir.

2. Azərbaycan Ermənistanın indiki müharibədə ələ keçirə bildiyi ərazilərinə tam sahiblənəcək.

3. Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçir.

4. Azərbaycan strateji kommunikasiyaların əksəriyyətinə (o cümlədən “anklavların” alınmasına) nəzarət edəcək.

5. Ermənistan döyüşə hazır ordudan imtina edəcək (sayı azalacaq, texnika və silahlardan qurtulacaq və s.)

6. Ermənistan Sünikin bir hissəsini Türkiyə və Azərbaycan üçün dəhliz kimi verəcək.

7. Sünik, Geqarkunik, Vayots Dzor və Qarabağdan olan on minlərlə qaçqın.

8. Ermənistana ərazilərin “işğalına” görə təzminat və digər ödənişlər qoyulacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*