KONKRET.az xəbər verir ki, bu gün Ermənistanda Monte Melkonyanın doğum günü qeyd edilir.
Ermənilərin sosial şəbəkələri bu gün öz “qəhrəmanları” Montenin guya döyüş yolundan danışır, amma onun başını kəsən İbad Hüseynovu da xatırlayırlar.
Xatırladaq ki, Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərindən 40 mil aralıda Çarlz və Jabel Melkonyanın ailləsində anadan olub.

O,1983-cü ildə bir qrup dostu ilə birlikdə “Ermənistanın Qurtuluşu üçün Erməni Gizli Ordusu”na (ASALA) qoşulub. 1983-2009-cu ilin avqustunda “ACBA-İnqilabi Hərəkat” təşkilatı yaradıb.
Monte Ermənistana 1990-cı ilin oktyabrında gəlib.
1991-ci il avqustun 3-də Seda adlı qadınla evlənib.
1991-ci ildə M. Melkonyan “Avo” təxəllüsü ilə Qarabağa gəlib, 14-18 sentyabr tarixlərində azərbaycanlılara qarşı qaniçən cəlladlığı ilə seçilib.
Onun dostları İrəvan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin dekanı Gurgen Melikyan, Slavik Hayrapetyan öz xatirələrini sosial şəbəkələrdə bölüşüblər.
