Ermənistan hakimiyyəti Qarabağı Azərbaycandan kənarda tanıyan sənədi tapa bilmir.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanın Praqada keçirilən görüşündə İrəvan və Bakı BMT Nizamnaməsinə, həmçinin tərəflərin vaxtilə bir-birinin ərazi bütövlüyünü tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
“Lakin 1990-1995-ci il çağırış Ermənistan Ali Sovetinin deputatları, Ermənistanın bu bəyannaməni qeyd-şərtlə ratifikasiya etdiyini bəyan edərək, bunun Qarabağa aid olmadığını deyiblər. Bu barədə bizə Ali Şuranın sədr müavini Ara Saakyan, Suren Zolyan və Kim Balayan məlumat verib. Amma bu açıqlamalardan sonra səlahiyyətlilər səsvermənin bəyannaməsini və protokolunu parlamentin və ya Xarici İşlər Nazirliyinin arxivində tapmağa çalışsalar da, tapa bilməyiblər.
Parlamentdə bizə dedilər ki, onların arxivində belə bir sənəd yoxdur, bəlkə də Milli Arxivdədir. 260 nəfərin iştirak etdiyi və bir çox insanın bildiyi tarixi sənədin hara yoxa çıxdığını öyrənmək üçün sorğu göndərdik”, – deyə nəşr bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
