KONKRET.az “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, xaricdən Ermənistana göndərilən humanitar yardımın həcmi getdikcə azalmaqdadır. Belə ki, bu ilin yanvar-avqust aylarında Ermənistana 34 milyon 260 min 200 dollarlıq humanitar yardım göndərilib. Qeyd edək ki, ötən ilin eyni dövründə Ermənistana 54 milyon 180 min 800 dollarlıq humanitar yardım daxil olub.
Məsələn, Almaniyadan Ermənistana 2.618.000 dollar yardım və Ermənistana dost Fransadan 451.000 dollar yardım gəlib. Ötən ilin yanvar-avqust aylarında Fransadan Ermənistana 545,7 min dollarlıq humanitar daxil olub. Bu ilin 8 ayı ərzində Ermənistan İsveçrədən 9 milyon 784 min dollar, MDB ölkələrindən isə edilən yardımların həcmi 71 200 dollar təşkil edib. Bu ilin yanvar-avqust aylarında isə Rusiyadan edilən humanitar yardım 64 min 900 dollara bərabər olub. Yeri gəlmişkən, ötən ilin eyni dövründə Rusiyadan Ermənistana 11 milyon 130 min dollarlıq humanitar yardım gəlmişdi. Təkcə Hindistandan ölkəyə 2 milyon 656 min 300 ABŞ dolları məbləğində humanitar yardım daxil olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir.
FADİL