Ermənistan İrana kömək təklif etdi – Çolaqyan danışdıbackend

Ermənistan İrana kömək təklif etdi - Çolaqyan danışdı

Erməni xilasediciləri İrandakı zəlzələ qurbanlarına kömək etməyə hazırdırlar. KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Feliks Çolaqyan bildirib. Qeyd edək ki, nazir İranın Ermənistandakı səfirinin müavini Əli Məhəmməd Motahi ilə telefon danışığı aparıb və dost İran xalqına, həlak olanların ailələrinə başsağlığı diləyib və yaralıların tezliklə sağalmalarını arzulayıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, Feliks Çolaqyan erməni xilasedicilərinin fəlakət bölgəsinə göndərilməsini, lazımi kömək göstərməsini də təklif edib.

Xatırladaq ki, cümə gecəsi İranda güclü zəlzələ baş verib. Yeraltı təkanlar zamanı ən az altı ölü və 300-dən çox adamın yaralandığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*