Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi cəhətdən Azərbaycanla müqayisə edilə bilməzbackend

Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi cəhətdən Azərbaycanla müqayisə edilə bilməz

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş 75-ci Sessiyasının Yüksək Səviyyəli İclasdakı çıxışında ölkəmizin milli maraqlarını bir daha qətiyyətlə ortaya qoyaraq, ölkəmizin ədalətli mövqeyini bütün dünyaya çatdırdı. Dövlətimizin başçsı həm Azərbaycan Prezidenti, həm də Qoşulmama Hərəkatının sədri kimi işğalçı Ermənistanın işğalçılıq mahiyyətini faktlarla ifşa edərək bu ölkənin BMT-nin Nizamnaməsini kobud şəkildə pozduğunu, beynəlxalq hüququ heçə saydığını diqqətə çatdırıb.

KONKRET.az  xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat qeyd edib ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüblər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozaraq, ölkəmizə qarşı hərbi güc tətbiq edib. Təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, Ermənistan hələ də beynəlxalq hüququn normalarına əhəmiyyət vermir və qətnamələrə məhəl qoymur.

T.Cəfərovanın sözlərinə görə, Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşma siyasəti aparması yolverilməzdir. Paşinyan sosial-iqtisadi çətinliklər səbəbindən ölkəni tərk edən əhalinin qayğısına qalmaq əvəzinə, Livandan, Suriyadan Azərbaycanın işğal olunmuş ərazilərinə etnik erməniləri köçürməklə məşğuldur. Ermənilər vandalizm aktı törətməklə tarixi və dini abidələrimizi məhv ediblər. Gövhərağa məscidini isə fars mədəniyyətinin nümunəsi kimi qələmə verirlər.

Paşinyan hökumətinin Azərbaycana qarşı təcavüz aktlarının və təxribatlarının hələ davam etdiyini diqqətə çatdıran T.Cəfərova deyib: “Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlara hazırlaşır. Bu məqsədlə onlar minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıblar. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir. Əlbəttə ki, bütün bu təcavüzkar hərəkətlər düşmənin acizliyinin və məkrli siyasətinin göstəricisidir. Hamıya bəllidir ki, Ermənistan istər siyasi-iqtisadi, istərsə də hərbi cəhətdən Azərbaycanla müqayisə edilə bilməz”.

Deputat, həmçinin qeyd edib: “Hazırki vəziyyət onu deməyə əsas verir ki, düşmən öz çirkin niyyətlərindən əl çəkməyəcək. Əgər ATƏT-in Minsk qrupu və digər əlaqədar beynəlxalq təşkilatlar Ermənistanın beynəlxaq qanuna zidd hərəkətlərinə qiymət vermir və cəzalandırmırsa, Azərbaycan öz hüquqlarımnın və ərazi bütövlüyünün təmin olunması üçün bütün qüvvələri səfərbər edəcək.

Bizim güclü ordumuz və Vətəninə, torpağına çox bağlı olan xalqımız var. Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin ətafında sıx birləşən xalqımız işğal altındakı ərazilərimizin azad olunacağı günü səbirsizliklə gösləyir. Biz haqqımız olanı geri qaytaracağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*