Koçaryan: “Ermənistan kapitulyasiya ilə barışıb Azərbaycanla diplomatik əlaqələr qurmalıdır…”backend

Koçaryan: “Ermənistan kapitulyasiya ilə barışıb Azərbaycanla diplomatik əlaqələr qurmalıdır...”

“Ermənistan gələcəyin mənzərəsini yaxşılaşdırmaq üçün Azərbaycanla dialoqa başlamalıdır”.

KONKRET.az xəbər verir ki, belə bəyanatla bu gün İrəvanda Ermənistan parlamentindəki hökumət saatı müzakirələri zamanı hakim “Mənim addımım” fraksiyasından deputat, müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan çıxış edib.

“Biz kapitulyasiyanı qəbul etməli və irəli getməliyik, tam məsuliyyət ölçüsünü başa düşməliyik və sonda qalib tərəflə dialoq qurmağa cəhd etməliyik, nə qədər çətin də olsa. Böyük müharibələrdən sonra bərpa prosesini keçən bütün ölkələr bu yolu gediblər”, – deyə Koçaryan bildirib.

Deputat hesab edir ki, Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin qurulmasından sonra gələcəyin mənzərəsini dəyişmək olar. Koçaryan habelə qeyd edib ki, baş verənləri unutmaq olmaz və diplomatik münasibətlər bütün iqtisadi, hərbi risklərin hesaba alınmasına əsaslanmalıdır.

Qeyd edək ki, Andranik Koçaryan hələlik Ermənistanda kapitulyasiya ilə barışmağa və Azərbaycanla diplomatik münasibətlər qurmağa çağıran yeganə siyasətçidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*