Ermənistan KTMT üzvlərindən “ərazi bütövlüyünü qorumağı” tələb edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın təşkilatdakı nümayəndəsi bildirib. O bildirib ki, Ermənistan hələ də KTMT üzvlərindən “öz təhlükəsizliyini və ərazi bütövlüyünü təmin etmək üçün” təsirli tədbirlər gözləyir.
Xatırladaq ki, KTMT Daimi Şurasının bu gün Ermənistanın təşəbbüsü ilə fövqəladə iclası keçirilib.
Qeyd edək ki, KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizamlanması mexanizmlərinin mümkün aktivləşdirilməsi ilə bağlı İrəvanın təkliflərini müzakirə edərək, “mövcud vəziyyətdən hədsiz narahatlığını” ifadə edib.
Xuraman Etibarlı,
KONKRET.az
