“Ermənistan KTMT-nin işində fəal iştirak edəcək” – Rusiyanın xarici işlər nazirinin müavinibackend

“Ermənistan KTMT-nin işində fəal iştirak edəcək” - Rusiyanın xarici işlər nazirinin müavini

“Ermənistanın təcili olaraq KTMT-nin normal və tamhüquqlu üzvü statusuna qayıdacaq və qurumun səmərəliliyinin artırılmasına kömək edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti agentliyinə müsahibəsində bildirib.

“Hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində maraqlıyıq. Ermənistanın tez bir zamanda təşkilat daxilində normal və tam işinə qayıtması buna kömək edərdi”, – nazir müavini qeyd edib.

Bununla belə, o təəssüfləndiyini bildirib ki, erməni müttəfiqləri həqiqətən də təşkilatdan uzaqlaşıblar.

Nazir müavini qurumu tənqid etmək əvəzinə, İrəvandakı həmkarlarını aktual məsələləri müzakirə etməyə çağırıb.

Pankinin sözlərinə görə, Moskva hesab edir ki, KTMT çərçivəsində Ermənistanla qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik sahəsində maraqlarına uyğundur və Avrasiya məkanında, o cümlədən Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına xidmət edir.

Qeyd edək ki, son vaxtlar Ermənistan KTMT-nin müxtəlif məkanlarında keçirilən tədbirlərini boykot edib və üzv dövlətlərin başçıları, xarici işlər nazirləri, Təhlükəsizlik Şurasının katibləri və parlamentariləri səviyyəsində keçirilən son görüşlərdə iştirak etməyib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*