Ermənistan müharibədəki itkilərlə bağlı son məlumatı açıqladıbackend

Ermənistan müharibədəki itkilərlə bağlı son məlumatı açıqladı

Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin “Antifake.am”ın sorğusuna cavabında bildirilir.

Qeyd edilir ki, 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 iyununa qədər məhkəmə-tibb ekspertizasından 3 783 meyit və qalıqlar keçirilib.

“25 iyuna olan məlumata görə, 81 nümunə DNT ekspertizası mərhələsindədir”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, bütün bunlarla yanaşı, Ermənistan müharibədə itkin düşən hərbçilərini də axtarır. Ölkənin Müdafiə Nazirliyi itkilərlə bağlı yekun rəqəmi hələ də gizli saxlayır./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*