Ermənistan nümayəndə heyəti Bakıya gəlməyəcək.
KONKRET.az xəbər verir ki, oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcəklər.
Ermənistan və Moldova nümayəndə heyətləri Bakıya gəlməyəcək.
İclasa Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.
Xuraman Etibarlı,
KONKRET.az
