Ermənistan ordusunda növbəti təyinat – Yeni kadr Paşinyana qarşı çıxıbbackend

Ermənistan ordusunda növbəti təyinat - Yeni kadr Paşinyana qarşı çıxıb

Ermənistan prezidenti Vahan Xaçaturyanın fərmanları ilə orduda kadr dəyişiklikləri edilib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Albert Bağdasaryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Şəxsi heyət üzrə baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Smbat Qriqoryan 5-ci Ordu Korpusunun komandiri vəzifəsindən azad edilərək Ermənistan Silahlı qüvvələri Baş Qərargahının Şəxsi heyət üzrə baş idarəsinin rəisi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Sasun Badasyan 5-ci Ordu Korpusunun komandiri təyin edilib.

Maraqlıdır ki, vəzifəsindən azad olunan Alber Bağdasaryan və onun yerinə gətirilən Smbat Qriqoryanın imzaları  2021-ci ilin fevral ayında ordu rəhbərliyinin baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanatında yer almışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*