Ermənistan parlamenti 44 günlük müharibə ilə bağlı QƏRAR VERƏCƏK – Köçəryan backend

Ermənistan parlamenti 44 günlük müharibə ilə bağlı QƏRAR VERƏCƏK - Köçəryan 

44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyası xüsusi hesabatını sentyabrın 27-dən sonra plenar iclasın birinci və ya ikinci günü açıqlayacaq.

KONKRET.az xəbər verir ki, bunu aprelin 18-də parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri, Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Andranik Köçəryan jurnalistlərlə söhbətində deyib.

“Sentyabrın 27-si şənbə gününə təsadüf etdiyindən və plenar iclas sentyabrın 30-da və ya ondan bir gün sonra işə başlayacağı üçün Milli Assambleyanın sədri bu məsələni şuranın müzakirəsinə çıxaracaq və dəqiq gün nəhayət müəyyənləşəcək”.

Hesabatdan hansı açıqlamaları gözləmək olar sualına o, belə cavab verib: “Sensasiya axtarmayın, problemlərin üzə çıxarılmasına çalışırıq. Hesab edirəm ki, bu, çoxdan gözlənilən sənəddir. Çox iş görülüb və bu, nəticəsiz qalmamalıdır. Məxfilik o qədər yüksəkdir ki, görüşün qapalı keçiriləcəyinə əminəm. Amma hesabatdan hamı məlumatlı olacaq və hökumətin müvafiq qurumları nəticə çıxaracaq”, – Köçəryan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*