Ermənistan parlamentinin vitse-spikeri SƏRSƏMLƏDİ: “Azərbaycan yeni hücuma hazırlaşır”backend

Ermənistan parlamentinin vitse-spikeri SƏRSƏMLƏDİ: "Azərbaycan yeni hücuma hazırlaşır"

Pelosinin səfərindən sevincək olan Ermənistan parlamentinin vitse-spikerinin “başı gedib”. O, ekstrasenslik edərək Azərbaycanın yeni hücuma hazırlaşdığını bildirib.

KONKRET.az xəbər verir ki, bu cəfəngiyatı Ermənistan parlamentinin vitse-spikeri Artur Arşakyan Yaponiyanın Ermənistandakı səfiri Masanori Fukuşima ilə görüşdə deyib. O, sentyabrın 13-də sərhəddə baş verən toqquşmalar barədə danışarkən əlavə edib ki, Ermənistanın ərazi bütövlüyünə qəsd edən Azərbaycanın Naxçıvan da daxil olmaqla, yeni hücuma hazırlaşdığına dair etibarlı sübutlar var.

“Azərbaycanın yeni hücuma hazırlaşdığına dair etibarlı sübutlar var”,- deyə Arşakyan sərsəmləyib.

Yaponiya səfiri Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı vitse-spikerin təqdim etdiyi məlumatı Yaponiya hökumətinə çatdıracağını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*