Ermənistan prezidenti qaydaları pozaraq II Elizabetin tabutu yanında foto çəkdirdibackend

Ermənistan prezidenti qaydaları pozaraq II Elizabetin tabutu yanında foto çəkdirdi

Ermənistan Prezidenti Britaniya Kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Xəbərdə bildirilib ki, Ermənistan prezidenti hörmətsizlik edərək Kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib. Kraliçanın cənazəsinin olduğu “Westminster Hall”da şəkil çəkdirmək isə dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır.

Hadisə yerində olan şəxslərdən biri “The Sun”a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib:

“Həmin zalda yüzlərlə adam var idi – heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı”

Digər bir şəxs isə “The Sun” a bildirib ki, hər kəs qaydalara tam şəkildə əməl etməyə bacarsa da, tək bir şəxs bu qaydanı pozub.

Qeyd edək ki, Kraliçanın cənazəsinin olduğu “Westminster Hall”da şəkil çəkdirmək bütün şəxslərə qəti qadağandır. Yalnızca media mənsubları foto çəkə bilər.

Kraliçanın rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*