“Ermənistan Qarabağı Azərbaycanın tərkibində “icma statusu”na gətirməyə çalışır” – Erməni mediasıbackend

"Ermənistan Qarabağı Azərbaycanın tərkibində "icma statusu"na gətirməyə çalışır" - Erməni mediası

Separatçı rejim dünəndən əl-ayağa düşüb. Arayikin quldur dəstəsi onun qəfiı göstərişi ilə toplaşıb.

KONKRET.az xəbər verir ki, Qarabağdakı qondarma qurumun uydurma “spikeri” Artur Tovmasyanın dünənki gözlənilməz açıqlaması separatçılar arasında yeni bir fırtınaya səbəb olub.

Hazırda separatçılar arasında güclü fikir ayrılıqları var. Ruben Vardanyanı “vəzifə”dən atıldıqdan sonra, Samvel Babayanla birləşərək Arayikə təzyiq edir.

Erməni mediası yazır ki, Tovmasyan quldurbaşı Arayik Arutyunyanı ya “müdafiə komitəsi” yaratmağa, Samvel Babayan və Ruben Vardanyanı oraya daxil etməyə, ya da istefa verməyə çağırıb.

  • “Həmin “müdafiə komitəsi” bütün səlahiyyətləri ələ keçirəcək. Və “komitə” bir gün qərar verə bilər ki, Azərbaycanla danışıqlar aparmağa hazırdır. O bəyan edəcək ki, hazırkı “hakimiyyət” xalqın iradəsini ifadə etmir və “istefa” verməlidir və s. Nəticədə “Arsax” başsız qala bilər”, – deyə media qeyd edib.

Medianın yazdığına görə, Ermənistan hakimiyyəti Qarabağdakı oyuncaq “hakimiyyət”i “devirmək” və Qarabağı Azərbaycanın tərkibində “icma statusu”na gətirməyə çalışır.

Baş verənlərdən belə başa düşmək olar ki, Kerml İrəvanın köməyi ilə Qarabağa nəzarəti itirmək istəmir və bunun üçün Vardanyanı yenidən “peşka” kimi “siyasi arena”ya buraxır.

Xuraman Etibarlı,

KONKRET.az

  • Məzahir
    May 22, 2023 - 09:14

    araik aradan çıxsa, bizim dövlət təhlükəsizliyinin qarşısında böyük bir sual işarəsi duracaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*