“Ermənistan Qazaxıstanı arzuolunmaz hesab edir” – Düşmən hansı ölkələrin sülhməramlılarını bölgədə görmək istəyir?backend

"Ermənistan Qazaxıstanı arzuolunmaz hesab edir" - Düşmən hansı ölkələrin sülhməramlılarını bölgədə görmək istəyir?

Ermənistan mediasının monitorinqinin nəticələrinə görə, erməni cəmiyyətində cəbhədə uğursuzluq artıq qəbul olunub. İş o yerə çatıb ki, artıq müxtəlif media orqanları Dağlıq Qarabağda sülhməramlıların təcili yerləşdirilməsinin vacibliyini bildirir.

KONKRET.az xəbər verir ki, orer.am saytında sülhməramlıların yerləşdirilməsi məsələsi gündəmə gətirilib və bu bölgədə tam məğlubiyyətin qarşısını almaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi birləşməsinin yerləşdirilməsi məsələsi rəsmi İrəvanın müzakirəsinə çıxarılması təklif olunub.

“Dünən bu məsələ Dağlıq Qarabağda yenidən gündəmə gətirildi və bu barədə müxtəlif açıqlamalar daha anlaşıqlı müzakirələrə kömək etdi. Xüsusilə, KTMT Baş katibi Stanislav Zasın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Dağlıq Qarabağdakı sülhməramlılar məsələsində KTMT-nin fəal şəkildə iştirakının müzakirə olunması bizim ümidimi artırır”, – deyə sayt yazır.

Erməni mediasında dərc edilən materiallarda xüsusi olaraq vurğulanır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Ermənistan və Azərbaycanın razılığı ilə mümkündür”, – açıqlaması ümidsizlik yaratmamalıdır.

Erməni saytları Prezident İlham Əliyevin “Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsindən danışmaq hələ tezdir” fikrinə də diqqət çəkib.

Erməniləri daha çox sevindirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Dağlıq Qarabağda atəşkəsin təmin edilməsi üçün lazımi mexanizmlərin inkişaf etdirilməsi lazımdır” açıqlamasıdır.

Qeyd edək ki, ermənilər ümid edir ki, sülhməramlıların yerləşəcəyi təqdirdə Dağlıq Qarabağda tam təhlükəsilzlik təmin edilər. Ancaq onlar heç bir halda Türkiyəni bu bölgədə görmək istəmir. Rusiya və Fransa sülhməramlıları Ermənistan üçün məqbul sayılır. Ermənistan Qazaxıstanı da arzuolunmaz ölkə hesab edir, baxmayaraq ki, bu ölkə də KTMT-nin üzvüdür. Orer.am saytı elə belə də yazır: İran və Türkiyə Rusiya sülhməramlılarına qarşıdır. Eyni zamanda, Qazaxıstandan sülhməramlıların yerləşdirilməsinə Ermənistanın münasibəti birmənalı deyil. Bu, Ermənistan üçün onsuz da qəbuledilməzdir. Belə çıxır ki, bu məsələni həll etmək o qədər də asan deyil”.

Fadil Paşayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*