Ermənistan Rusiya vətəndaşlarına viza tətbiq edir? – Zaxarovadan AÇIQLAMAbackend

Ermənistan Rusiya vətəndaşlarına viza tətbiq edir? – Zaxarovadan AÇIQLAMA

Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimini tətbiq etməsi ehtimalı Moskvaya deyil, məhz İrəvanın özünə qarşı yönəlmiş addım olacaq.

KONKRET.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində bildirib.

Jurnalistlərə açıqlama verən Zaxarova qeyd edib: “Əgər Ermənistan qəfil viza da tətbiq etsə, o zaman bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı edəcək”.

O vurğulayıb ki, bu cür qərar, o cümlədən Ermənistanda çoxlu qohumları olan Rusiya vətəndaşlarının maraqlarına və gediş-gəlişinə mənfi təsir göstərəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*