Ermənistan tərəfi müzakirə üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır – Qriqoryanbackend

Ermənistan tərəfi müzakirə üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır - Qriqoryan

Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistanın ictimai televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük. Lakin bu məsələni “3+3” formatında müzakirə etmək üçün əsas olarsa, bu fürsətdən istifadə edərək bir-birimizin mövqelərini aydınlaşdıracağıq. Lazım gələrsə, biz Ankaraya və Bakıya getməyə, həmçinin bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, – deyə Qriqoryan bildirib.

Qriqoryan qeyd edib ki, erməni tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*