“Qarabağdakı savaş onun statusu üçün aparılır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş Naziri Nikol Paşinyan öz sosial şəbəkə hesabında paylaşıb.
Paşinyan qeyd edib ki, Ermənistan zamanında əraziləri versəydi və Qarabağın qeyri-müəyyən statusuna razılaşaydı, savaşdan qaçmaq mümkün olardı.
Paşinyan guya bu halda Qarabağ üçün hansısa qəbul edilən statusun əldə edilməyəcəyini bildirib. O deyib ki, Qarabağ üçün danışıqlarda son şans 2011-ci ildə Kazanda itirilib.
Qeyd edək ki, Nikol Paşinyan danışıqlar prosesində özündən əvvəlkilərin Azərbaycanın ərazi bütövlüyünə razılaşdığı haqda bir neçə dəfə açıqlama yayıb. O, bununla müharibəyə səbəb olan siyasət aparmasına haqq qazandırmağa çalışıb.
