Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri arasında gizli görüş baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti iddia edib.
Qeyd olunub ki, Ermənistan nümayəndə heyətinin tərkibinə Ərazi İdarəetmə və İnfrastruktur və Turizm Nazirliyinin nümayəndələri də daxil olmaqla, təxminən 10 nəfər daxil olub.
İddia olunur ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub.
Məlik,
KONKRET.az