Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərilirbackend

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərilir

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Xatırladaq ki, İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 47 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*