10 Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib.
2026-cı ilin yanvar-mart aylarında 10 Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri Ermənistan Statistika Komitəsinin məlumatlarına istinadən yazıb.
Qeyd olunur ki, Azərbaycan vətəndaşları Ermənistanda orta hesabla 38 gün qalıblar.
Məlumata görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistana turist səfəri qeydə alınmayıb.
Həmçinin Türkiyə vətəndaşlarının Ermənistana marağında artım müşahidə olunub.
Bu ilin yanvar-mart aylarında Türkiyədən Ermənistana 3025 turist gedib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Ötən ilin müvafiq dövründə Türkiyədən Ermənistana 2422 turist səfər etmişdi.
Natiq Səlim
KONKRET.az
