Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyunun 2-dən etibarən Ermənistandan çəyirdəkli meyvələrin və üzümün ölkəyə gətirilməsinə məhdudiyyət qoyur.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya tərəfi rəsmi məlumat yayıb. Qadağa bura daxil olan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və təzə üzüm məhsullarına şamil edilir.
“Rosselxoznadzor” belə bir qərarın qəbul edilməsinə səbəb kimi son zamanlar Ermənistandan Rusiyaya meyvə tədarükü zamanı fitosanitar qaydaların pozulması hallarının xeyli tez-tez təkrarlanmasını göstərib.
Natiq Səlim,
KONKRET.az
