backend

Ermənistanda 5 nəfər dəm qazından öldü

Ermənistanda yaşlı bir qadının və dörd uşağın dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

KONKRET.az-ın məlumatına görə, bu barədə İstintaq komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

N.Arutyunyanın sözlərinə görə, hadisə İrəvandan 25 kilometr məsafədə Nor-Açin şəhərində baş verib:

“Mənzillərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti tapılıb”.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

N.Arutyunyan qeyd edib ki, ilkin məlumata görə, beş nəfərin ölümü dəm qazından zəhərlənmə nəticəsində baş verib.

(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*