Son bir gündə Ermənistanda qeydə alınan koronavirus infeksiyası hallarının sayı 273 artaraq 35 254-ə çatıb. 12 nəfər vəfat edib. Hazırda xəstəlikdən ölənlərin sayı 662 nəfərdir.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yayıb.
Mənbə bildirir ki, bazar ertəsi günü respublika hakimiyyəti 34,981 təsdiq edilmiş koronavirus infeksiyasını və 650 ölüm hadisəsini açıqlamışdı.
COVID-19 ilə mübarizənin bir hissəsi olaraq Ermənistanda16 mart – 12 avqust arasında fövqəladə vəziyyət elan edilib.
Sağalanların sayı 24 206 nəfərdir.
Babək Göyüş
KONKRET.az
