Mikael Arzumanyanın ardınca Cəlal Arutyunyan da ittiham olundu, səlahiyyətləri dayandırıldı.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Azərbaycanlılara qarşı qırğınlarda, torpaqların işğalında yaxından iştirak və komandanlıq etmiş hazırki “baş qərargah rəisi” general Cəlal Arutyunyan həbs olunacaq. Artıq ona qarşı ittiham irəli sürülüb.
Ermənistanın Qarabağdakı işğalçı qüvvələrin keçmiş komandanı, generala Cəlal Arutyunyanın səlahiyyətləri dayandırılıb.
O, xidməti vəzifəsinə səhlənkar münasibətdə, onları lazımınca yerinə yetirməməkdə, əməlləri ağır nəticələrə səbəb olduqda; canlı qüvvə və hərbi texnikada böyük itki verməkdə təqsirləndirilir.
Xuraman Etibarlı,
KONKRET.az
