Ermənistanda vəziyyət gərgindir.
KONKRET.az xəbər verir ki, gecə törədilən təxribat nəticəsində ölən erməni hərbçilərin yaxınları və sadə ermənilər parlament binası yaxınlığında toplaşıblar. Onlar deputatları gözləyib onların qarşısını kəsiblər.
Polis əməkdaşları etirazçıların parlament binasının xidməti girişinə keçməsinə icazə verməyiblər. Bu, orada olanları qəzəbləndirib.
Onlar deputatlardan Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə dərhal reaksiya verilməsini və Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanmasını tələb ediblər.
Etirazçılar qeyd ediblər ki, deputatların gözünün içinə baxaraq, onlar haqqında düşündükləri hər şeyi onlara demək istəyirlər.
Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Ovik Ağazaryanı izləyən etirazçılar onun ardınca “Satqın” qışqırıb, daha sonra deputatın üzərinə su çiləyiblər.
Polis Ağazaryanın üzərinə su atan qadını polisə gətirməyə çalışsa da, vəziyyət o qədər gərginləşib ki, o, sərbəst buraxılıb.
Xuraman Etibarlı,
KONKRET.az
