Ermənistanda son sutka ərzində 1589 koronavirusa yoluxma faktı aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da Ermənistanda COVİD-19-a yoluxanların sayı 120 min 459 nəfərə çatıb.
Son 24 saat ərzində daha 28 nəfər bu virusdan ölüb.
Ölənlərin ümumi sayı 1839-a çatıb.
Qeyd edək ki, ölkədə 38 082 aktiv koronavirus xəstəsi var.
