Ermənistanda mitinqlər davam edir – VİDEObackend

Ermənistanda mitinqlər davam edir - VİDEO

Ermənistanda “QİÇS-ə Qarşı Mübarizə Mərkəzi”nin işçiləri etiraz mitinqinə başlayıblar. Mitinqə səbəb Səhiyyə Nazirliyinin sözügedən mərkəzin “NORK Yoluxucu Xəstəliklər Xəstəxanası”na birləşdirilməsi qərarı olub.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, mitinq iştirakçılarından biri açıqlamasında

“Dünən nazir etiraz aksiyamızın mənasını təhrif etmək üçün ictimaiyyətə yalan və saxta məlumatlar təqdim etdi. Bizim demədiyimiz sözləri dilə gətirərək bizə etiraz etməməyimizi və direktorun sözünü dinləməyimizi bildirdi. Buradan bir daha bildirmək istəyirəm ki, direktor artıq işləmək istəmir və bu mübarizə onun mübarizəsi deyil”, – deyə bildirib.

Onların sözlərinə görə, Ermənistanda səhiyyə işçiləri heç vaxt belə bir hörmətsiz və saymaz münasibət görməmişdilər.

Qeyd edək ki, mitinq 2 gündür davam edir və etirazçılar mübarizəni sona qədər aparacaqlarını bildiriblər.

Fəqan Muxtar,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*