Ermənistanda ölənlər üst-üstə basdırılır – ƏMƏLİYYATbackend

Ermənistanda ölənlər üst-üstə basdırılır - ƏMƏLİYYAT

Milli Təhlükəsizlik Xidməti Ermənistan Respublikası Kotayk regional polis idarəsinin Qarni şöbəsinin keçmiş rəhbərinin xidməti vəzifələrini yerinə yetirmədiyi barədə faktiki sübutlar əldə edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Coraxbur kəndində vətəndaşlardan külli miqdarda pul mənimsəməklə məzar yerləri satan dəstə uzun müddət cinayət məsuliyyətinə cəlb edilməyib.

Baxmayaraq ki, Coraxbur icmasının sakinlərindən biri polisə başqa bir şəxsin atasının məzarına basdırıldığını bildirib.

İşin materiallarına əsasən, 2019-cu ilin fevral ayında vəzifəli şəxs bu dəstədən rüşvət olaraq xeyli miqdarda nağd pul alıb.

İstintaqı aparan polis məmuru şöbə müdirinin adından bir sıra vətəndaşlardan alınan izahların məzmununu təhrif edərək, cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin açılmamasına qərar verib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində, iki vəzifəli şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb, onlardan biri etirafına dair sübutlar verib.

Hər ikisinə qarşı həbs qətimkan tədbiri seçilib, ibtidai istintaq davam edir.

Qeyd edək ki, Ermənistanın kəndlərində hazır məzarlar yenidən başqalarına satılır ki, bu da cəmiyyətdə ciddi narazılıqlara səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*