Ermənistanda referendum nə vaxt keçirilə bilər? – Zülfüqarov detallardan DANIŞDIbackend

Ermənistanda referendum nə vaxt keçirilə bilər? - Zülfüqarov detallardan DANIŞDI

“Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada çıxış edən politoloq Tofiq Zülfiqarov bildirib ki, Ermənistanda parlament seçkilərindən sonra referendumun keçirilməsi ehtimalı gündəmdədir.

KONKRET.az xəbər verir ki, politoloqun sözlərinə görə, bu proses Ermənistanın Baş naziri Nikol Paşinyan üçün asan olmayacaq.

“Tofiq Zülfiqarov qeyd edib ki, referendum vasitəsilə Konstitusiyada dəyişikliklərin edilməsi mümkündür. Onun fikrincə, referendumun təşkili üçün minimum üç ay vaxt tələb olunur və bu səbəbdən prosesin dərhal baş verməsi real görünmür.

Politoloq vurğulayıb ki, əgər Paşinyanda kifayət qədər siyasi iradə olsa, o zaman referendumun keçirilməsi mümkündür.

Tofiq Zülfiqarov çıxışı zamanı Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi mesajlara da diqqət çəkib. O bildirib ki, dövlət başçısının açıqlamaları regionda yeni nəqliyyat-logistika imkanlarının formalaşdığını göstərir.

“Prezidentin mesajında vurğulandı ki, bu layihə yalnız Şərq-Qərb dəhlizi ilə məhdudlaşmır. Eyni zamanda Şimal-Cənub dəhlizinin də mühüm tərkib hissəsinə çevriləcək”, – deyə politoloq əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*