“Ermənistanda vəziyyət nəzarətdən çıxa bilər” – FOTOLAR – VİDEObackend

“Ermənistanda vəziyyət nəzarətdən çıxa bilər” – FOTOLAR - VİDEO

İrəvanın Baqramyan prospektində mitinqdən sonra kütləvi dava baş verib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Vətəni Qurtarma Hərəkatının mitinqindən sonra təşkil olunan itaətsizlik hərəkəti zamanı hökumət tərəfindən göndərilən təxribatçı qrupla mitinq iştirakçıları arasında əlbəyaxa dava olub.

Hadisə zamanı ərazidə heç bir polis məmuru olmayıb. Vətənin Qurtuluş Hərəkatının Ali Şurasının üzvü və hərəkatın koordinatoru İşxan Saqatelyan mitinq iştirakçılarını dörd istiqamətdə itaətsizlik hərəkətləri etməyə səsləyib.

Hazırda İrəvanın mərkəzi küçələri bağlıdır, Paşinyanın istefasını tələb edən vətəndaşlar avtomobillərini zolaqda saxlayaraq küçələri bağlayıblar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*