“Ermənistandakı siyasi prosesləri Bakı diqtə edir” – Kiviryanbackend

"Ermənistandakı siyasi prosesləri Bakı diqtə edir" - Kiviryan

İstənilən ölkənin təhlükəsizlik məsələlərini hakimiyyət həll edir. Heç bir müxalifət, müxalif qrup qərar qəbul edib hansısa addım atmaq, ölkənin təhlükəsizliyini yaxşılaşdırmaq iqtidarında deyil.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

O, bildirib ki, möhtəşəm proqramlar təqdim etmək olar.

“Amma iqtidarda olmasanız, bunun heç bir təsiri olmayacaq. Nə qədər ki, Ermənistanda belə bir güc var, gələcək haqqında danışmaq mənasızdır. Ermənistandakı siyasi prosesləri Bakının diktə etdiyi bir vəziyyət yaranıb. Ona görə də bir nömrəli vəzifə Nikol Paşinyan və onun axmaqlar komandasını hakimiyyətdən uzaqlaşdırmaqdır”, – deyə Kiviryan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*