“NEWS.am” nəşrinə müsahibə verən polittexnoloq Armen Badalyan Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Bişkekdəki görüşünü şərh edərək, Moskvanın İrəvana qarşı əsas geosiyasi təzyiq rıçaqlarından danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Ekspertin fikrincə, Rusiyanın Ermənistandakı yeganə ən mühüm aktivi 102-ci hərbi bazadır, “Cənubi Qafqaz Dəmir Yolu” və “Qazprom Armeniya” kimi digər qurumlar ikinci dərəcəli əhəmiyyət daşıyır.
Putinin hərbi bazanı çıxarmağa hazır olduğunu bəyan etməsi “sonadək getməyə hazır olmaq” deməkdir. Bununla o, Paşinyana bildirir ki, erməni tərəfi onu heç bir məsələdə (istər Robert Köçəryan məsələsində, istərsə də dəmir yolu ətrafındakı bazarlarda) şantaj edə bilməz.
Badalyan qeyd edib ki, bununla Putin faktiki olaraq “əllərini yuduğunu” və Ermənistanın gələcəyinin onu artıq maraqlandırmadığını nümayiş etdirir: bütün gələcək mənfi nəticələr isə birbaşa Ermənistanın hazırkı hakimiyyətinin üzərinə düşəcək.
Natiq Səlim,
KONKRET.az
