backend

Ermənistanın milli valyutası sürətlə dəyərini itirir

Bu gün Ermənistan təkcə Dağlıq Qrabağdakı məğlubiyyətinin acısı ilə çalxalanmır. Ölkə həm də geridönüşü olmayan iqtisadi çöküşün həyəcanını yaşayır.

KONKRET.az xəbər verir ki, Ermənistan Mərkəzi Bankının “Armenpress” ə verdiyi məlumata görə, bu gün, 23 noyabr tarixində ABŞ dollarının məzənnəsi 2.10 dram artaraq 505.32 dram olub. Avronun məzənnəsi 3.40 dram artaraq 600.12 dram təşkil edib. Rusiya rublunun məzənnəsi 0,06 dram artaraq 6,66 dram oldu. İngilis funt-sterlinqinin məzənnəsi 7.59 dram artaraq 675.56 dram təşkil edib.

Göründüyü kimi erməni dramı sürətlə dəyərini itirərək lazımsız kağız parçasına çevrilir.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*