“Dağlıq Qarabağdakı müharibədən sonra bölgədəki hərbi-siyasi vəziyyət dəyişib. Biz tədricən birləşən Türkiyə-Azərbaycan Ordusu ilə və faktiki olaraq türk ordusu ilə üz-üzəyik”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan parlamentdə açıqlama verib.
Onun sözlərinə görə, “Təbii ki, təhdidi aradan qaldırmaq üçün ordu quruculuğunu və Ermənistan-Rusiya münasibətlərini bu təhlükəyə uyğunlaşdırmalıyıq. İslahatların mahiyyəti budur”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
