Ermənistanın müdafiə naziri David Tonoyan: “Bu, hamımız üçün kədərli bir haldır”backend

Ermənistanın müdafiə naziri David Tonoyan: "Bu, hamımız üçün kədərli bir haldır”

Erməni hərbçi Araik Kazaryanın Azərbaycana təslim olması ilə bağlı Ermənistanda istintaq aparılır. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki: “Bu mərhələdə hələ istintaq davam edir. Şəxsən mən əsgərimizin yolda azdığına inanıram”.

Hərbçini geri qaytarmaq məsələsinə toxunan nazir müvafiq beynəlxalq qurumlarla, xüsusən də Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladıqlarını söyləyib. Hərbçinin psixoloji durumundan danışan nazir bəzi işləri görəndən sonra dəqiq cavab verə biləcəklərini söylədi. “Bu, hamımız üçün kədərli bir haldır, amma hər şeyin yaxşı olacağını düşünürəm”,- deyə nazir bildirib.

 

Konkret.az

Bir cavab yazın