“Ermənistanın tək çıxış yolu var” – Vitali Arkovbackend

"Ermənistanın tək çıxış yolu var" - Vitali Arkov

“Xocavənddə Njdeyə abidə qoyulması təkcə Azərbaycana deyil, bu, həm də Rusiyaya qarşı təxribatdır. Rusiya Federasiyasının Njde ilə bağlı mövqeyi məlumdur – o, cinayətkar, faşistlərin ortağıdır. Xocavənd Rusiyanın sülhməramlı missiyası zonasındadır. Qanuni olaraq bura Azərbaycan ərazisidir.  İrəvan de-jure Qarabağdakı vəziyyətə nəzarət etmir. Vəziyyət dalana dirənib. Ancaq etiraf edirəm ki, abidənin yaxın vaxtlarda “təsadüfən” partlaması və ya yıxılması ola bilər … Hər şey ola bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyalı politoloq Vitali Arkov “Moskva-Baku” nəşrinə müsahibəsində deyib.

Politoloq əlavə edib ki, “Əgər Ermənistan iqtisadi-siyasi böhrandan çıxmaq istəyirsə, bunun üçün radikalizmdən əl çəkilməlidir. İndiki halda radikal qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi mümkün deyil. Ağlı başında olan bir cəmiyyət bunu başa düşür. Rusiyadakı erməni icması da bunu artıq dərk edib. Ermənistanı düşdüyü ən dərin böhrandan çıxaracaq, ölkədə dirçəliş yarada biləcək, tamamilə yeni məqsədlər üçün yaşamağı bacaran üçüncü siyasi qüvvənin formalaşmasına qədər Paşinyanın hakimiyyətdə qalması daha yaxşı olar”.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*