Əsgərin ölüm faktı ilə bağlı həbs olunan var – Ermənistandabackend

Əsgərin ölüm faktı ilə bağlı həbs olunan var - Ermənistanda

Əsgər Erik Harutyunyanın ölümü ilə bağlı cinayət işi çərçivəsində digər əsgər həbs olunub. KONKRET.az istintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Naira Harutyunyana istinadən bildirir ki, məhbusun adı hələlik açılanmır.

Məhbus Harutyunyanı təhqir etməkdə, hərbi heyət arasında münasibətlərin nizamnamə qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıb. Cinayət işi üzrə ibtidai istintaq davam edir.

Naira Harutyunyan onu da qeyd etib ki, bu maddə dolayı niyyət və ya səhlənkarlıqla şəxsin təhdid, pis rəftar və ya şəxsi ləyaqətini sistematik şəkildə alçaltmaqla intihara səbəb olmasından bəhs edir və üç ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xatırladaq ki, qondarma ölkənin Müdafiə Ordusunun əsgəri, 2000-ci il təvəllüdlü Erik Harutyunyanın cəsədi noyabrın 4-də tapılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*