Əsla çiy yeməyəcəyiniz – 5 QİDAbackend

Əsla çiy yeməyəcəyiniz - 5 QİDA

Bildiyimiz kimi qidaların bişirilmədən çiy şəkildə yeyilməsi daha çox faydalıdır. Ancaq bəzi qidalar var ki, onların çiy yeyilməsi düzgün deyil.

KONKRET.AZ çiy yeyildiyi zaman təhlükəli olan 5 qidanı təqdim edir:

1 – Brokoli

Brokoli, Brüssel kələmi, gül kələm və kələm növünə aid olan digərləri çiy yeyilə bilən tərəvəzlərdəndir. Lakin çiy yeyildiyi zaman daha çox şişkinlik hissi verirlər. Ona görə də onları bişirərək yemənizdə fayda var.

2 – Badımcan

Badımcanın tərkibində solanin maddəsi vardır ki, bu da kalsiumun qana sovrulmasına mane olur və mədə-bağırsaq sistemini qıcıqlandırır. Nəticədə mədə ağrısı, ürək bulanması, başgicəllənmə, hətta qusma problemi yaşaya bilərsiniz. Lakin badımcanı bişirdiyiniz zaman solanin maddəsini neytrallaşdırmış olacaqsınız.

3 – Ravent

Quzuqulağıkimilər ailəsindən olan raventin yarpaqlarında toksik maddələr var. Əgər çiy yemək istəyirsinizsə, az miqdarda qəbul edin. Yarpaqlarından başqa yerdə qalan hissələrini çiy şəkildə yeyə bilərsiniz. Möhtəşəm tərəvəz olan ravent ləzzətli, eyni zamanda çox faydalıdır.

4 – Kartof

Kartofu çiy yeməsəniz daha yaxşıdır. Tam əmələ gəlməmiş kartoflar günəş işığına məruz qaldıqda tərkibində təhlükəli olan solanın maddəsi yaranır. Bu isə çiy badımcan yeməklə eynidir.

5 – Lobya

Çiy lobya çox dadsızdır. Dadı sadəcə pis olmaqla yanaşı, həm də mədədə sancılara, qusma və ishala səbəb olur.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın