Etirazçılar Nursultan Nazarbayevin heykəlini yıxdılar.
KONKRET.az xəbər verir ki, etirazçılar Taldıkorqan şəhərində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin abidəsini dağıdıblar.
Mediada yayılan fotoşəkillərdə abidənin postamentdən söküldüyü, heykəlin özünün isə iki hissəyə bölündüyü görünür.
Taldıkorqan Alma-Ata vilayətinin inzibati mərkəzidir. Nazarbayevin şəhərdəki abidəsi 2016-cı ildə ucaldılıb.

Xuraman Etibarlı,
KONKRET.az
