Etirazçılar Qazaxıstan Prezidentinin iqamətgahına girməyə CƏHD EDİRbackend

Etirazçılar Qazaxıstan Prezidentinin iqamətgahına girməyə CƏHD EDİR

Bir neçə min etirazçı Prezident Qasım Jomart Tokayevin Almatıdakı iqamətgahına soxulmağa cəhd edir.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

“Aksiya iştirakçılarının bir qismi meriya binası yaxınlığındakı kütlədən ayrılaraq Prezident iqamətgahına gedib. Ətrafda hər şey tüstülənir, səs qumbaralarının partlayışı və atəş səsləri eşidilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxıstanda qaz tariflərinin artmasına etiraz olaraq başlayan aksiyalar iki gündür davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*