Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Oba Market” MMC arasında çəkişmə davam edir.
KONKRET.az xəbər verir ki, ETSN-in MMC barəsində tərtib etdiyi protokola növbəti dəfə Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin sədrliyi ilə oktyabrın 28-də baxılacaq.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. MMC-nin qanuni təmsilçisi, İdarə Heyətinin sədri İbrahimova Natəvan Yusif qızıdır.